ABŞ və Çin “COVİD-19”la bağlı yenə burun-buruna gəldi

bunu ABŞ-ın Çindəki səfiri Nikola Börns bildirib...
ABŞ və Çin “COVİD-19”la bağlı yenə burun-buruna gəldi

ABŞ-ın Çindəki səfiri Nikola Börns, Çin yeni növ koronavirusun “COVİD-19” mənşəyi ilə bağlı “daha ​​dürüst” olmasını istəyib.

ABŞ mətbuatının yazdığına görə, Börnsün bəyanatı bir federal agentliyin epidemiyanın Çinin Vuhan (Wuhan) şəhərindəki virus laboratoriyasından qaynaqlandığı qənaətinə gəlməsindən bir gün sonra gəlib.

Çin isə bu iddialara “COVİD-19” siyasiləşdirilməməlidir” deyə cavab verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, fevralın 27-də ABŞ Ticarət Palatasının tədbirində çıxış edən N.Börns deyib: "Çin üç il əvvəl Vuhanda baş verənlər və “COVİD-19” böhranının mənşəyi haqqında daha dürüst olmalıdır".

26 fevralda ABŞ mətbuatında çıxan xəbərlərdə ABŞ Energetika Nazirliyinin gizli kəşfiyyat hesabatında virusun təsadüfən laboratoriyadan sızdığı qənaətinə gəldiyi bildirilib. Həmin günün axşam saatlarında bu mövzuda sualları cavablandıran Ağ Evin Milli Təhlükəsizlik üzrə sözçüsü Con Kirbi (John Kirby) ABŞ hökumətinin bu mövzuda dəqiq bir qərarının olmadığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə