Türk lirəsi Rusiya Fond Birjasında

Türk lirəsi Rusiya Fond Birjasında

Martın 1-dən Rusya Fond Birjasında (MOEX) türk lirəsi-rus rublu ilə fyuçers əməliyyatlarına başlanılacaq.

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı “MOEX”-dən yayılıb. Bildirilir ki, Türk lirəsi və Honq-Konq dollarına tələb artıb. Bu səbəbdən 1 Martdan etibarən Moskva Birjası türk lirəsi-Rusiya rublu və Honq-Konq dolları-Rusiya rublu ilə fyuçers əməliyyatlarına başlayacaq. Açıqlamada həmçinin bildirilib ki, birja müştəriləri 2023-cü ilin iyun, sentyabr və dekabr aylarında və 2024-cü ilin mart aylarında yuxarıda qeyd olunan valyutalarda bağlanacaq müqavilələrə çıxış əldə edəcəklər. Sözügedən tətbiq, həm institusional investorların, həm də hüquqi şəxslərin bu cür əməliyyatlara marağını artıracaq.

Qeyd edək ki, “MOEX” sədri Yuriy Denisov dekabr ayında verdiyi açıqlamada Moskva Birjasında türk lirəsinə tələbatın 2022-ci ildə əvvəlki ilə müqayisədə 17 dəfə artdığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə