İran genişmiqyaslı hava hücumundan müdafiə təliminə başlayıb

İran genişmiqyaslı hava hücumundan müdafiə təliminə başlayıb

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin TRT telekanalı xəbəri İran dövlət televiziyasına istinadən yayıb.

“Velayət səma müdafiəçiləri 1401” adlı təlim Ordu və İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə bölmələrinin iştirakı ilə başlayıb”.

Briqada generalı Kadir Rəhimzadə təlim ilə əlaqəli açıqlamasında: “Xüsusi məqsədli birgə hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsi ölkənin şimal-qərbində, qərbində və mərkəzində hava məkanında, yekun mərhələsi isə ölkənin hava məkanının təxminən üçdə ikilik ərazisində, yəni 1 milyon kvadrat kilometrdən artıq sahədə keçiriləcək. Təlimdə döyüş təyyarələri, pilotsuz uçuş aparatları, radarlar, elektron döyüş texnikası və rabitə sistemlərindən istifadə olunacaq 100-dən çox təyyarə ilə ölkənin nüvə, hərbi və iqtisadi mərkəzlərinə mümkün hücuma qarşı hava hücumundan müdafiə sistemlərinin performansı sınaqdan keçiriləcək”-Rəhimzadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə