Antarktidada dəniz buzu rekord seviyyədə azalıb

Antarktidada dəniz buzu rekord  seviyyədə azalıb

Antarktidada dəniz buzu seviyyəsi 1,79 milyon kvadrat kilometr olaraq qeydə alınıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Kolorado Universitetinin Milli Qar və Buz Tədqiqat Mərkəzi (NSIDC) yayıb. Bildirib ki fevralın 21-də aparılan ölçmədə Antarktidadakı dəniz buzu seviyyəsinin 1,79 kvadrat kilometrə qədər azaldığı qeydə alınıb. Sözügedən səviyyə 45 il ərzində qeydə alınan peyk görüntülərinə görə ən aşağı səviyyə hesab edilir. Əvvəlki rekord minimum yeni ölçülən səviyyədən 136.000 kvadrat kilometr çoxdu.

NSIDC-dən olan elm adamlarına görə açıqlanan son rəqəm mövsümün sonunda daha da azala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə