"İçində olduğumuz çətin günləri fürsətə çevirmək istəyən daxili və xarici düşmənlərimizin ölkəmiz sərhədlərində törədəcəyi hər cür təxribatlar indiyədək görülməmiş aqibətlə üzləşəcək". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Onun sözlərinə görə, Türkiyə vətənin bütövlüyü söz mövzusu olanda canını fəda edəcək vətən övladları, sipər edəcək qadınları, uşaqları, qocaları, gəncləri ilə zəngin olan şərəfli bir dövlətdir: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, Müdafiə nazirimiz Hulusi Akar, Xarici İşlər nazirimiz Mövlud Çavuşoğlu, Türkiyə Daxili İşlər nazirimiz Süleyman Soylu və bütün rəsmilərimiz ölkəmizin təhlükəsizliyini qorumaq üçün əlindən gələni əsirgəmir.
Millətimiz dövlətlə çiyin-çiyinə, əl-ələ verərək bütün dünya ölkələrinə böyük mübarizə nümunəsini bir daha sübut etdi. Prezidentimizin yükü ağırdır və biz türk milləti olaraq hər zaman hökümətimizin yanındayıq".
Hakan Aktürk sözlərinə belə davam edib: "Xüsusilə Yunanıstan və dəfələrlə Azərbaycan sərhədlərini pozan ermənilər bilməlidir ki, lazım olsa, daş üstündə daş qoymarıq. Türkiyənin geniş coğrafiyası var. Türk milləti keçmişi dastanlar və zəfərlərlər dolu böyük bir millətdir. Yaralı olsaq da, yunanlardan hesab sormağa gücümüz və ağlımız var. Türk milləti bölünməyəcək və sonsuza qədər var olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB