Rusiyalı vandal İstanbuldan gələrkən yaxalandı

Rusiyalı vandal İstanbuldan gələrkən yaxalandı

Moskvada vandalizm ittihamı ilə axtarışda olan 31 yaşlı Rusiya vətəndaşı Ermənistanda saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, İrəvan hava limanında yaxalanıb.

Bildirilib ki, Nikita K. adlı şəxs İstanbuldan gələn təyyarədən enərkən tutulub və polis bölməsinə gətirilib.

Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə