Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib. SİA xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə