Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus zəlzələ fəlakəti ilə sarsılan Türkiyəyə gəlib. SİA xəbər verir ki, məlumatda deyilir:
“Mən tibb işçiləri, səhiyyə qrupları və son zəlzələlərdən zərər çəkmiş insanlarla görüşmək üçün Türkiyənin Qaziantep şəhərinə yenicə gəlmişəm. Doktor Hans Kluge və mən ÜST-nin Türkiyədəki bütün insanların sağalması üçün həmrəyliyini və dəstəyini bir daha təsdiq edəcəyik”, - deyə o, bildirib.
ÜST-nin Avropa, o cümlədən Türkiyə üzrə regional direktoru Hans Kluge zəlzələ fəlakətindən zərər çəkmiş ərazilərdə ÜST-nin işini araşdıracaqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB