Türkiyənin İsparta şəhərində özəl uçuş məktəbinə məxsus təlim təyyarəsi Senir düzünə məcburi eniş edib. Bu barədə SİA “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı təlimatçı pilot və təlimçi xəsarət alıblar. Əraziyə xilasedicilər cəlb olunub.
Qeyd edilir ki, hadisəyə təyyarənin mühərrikində nasazlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB