Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğu Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara razı salmağa başlaması üçün bir növ tətik ola bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Almaniya və ABŞ hökumətlərindəki mənbələrə istinadən “Bild” nəşri yazır.
Beləliklə, nəşr yazır ki, Qərb ölkələri Ukraynanı yeni silahlarla təmin etməklə Rusiyanın nəzarətində olan ərazilərə planlaşdırılan hücumda Kiyevə kömək etmək niyyətindədirlər.
Bununla yanaşı, materialda qeyd olunur ki, guya Qərb Ukraynanı sonadək dəstəkləyəcəyinə dair verdiyi zəmanətlərə baxmayaraq, artıq Kiyev rejiminə “hərbi ultimatumlar” qoymağa başlayıb.
Belə ki, onlardan biri, budur ki, əgər Ukrayna ordusu payıza qədər heç bir uğur nümayiş etdirməsə, Qərb idarəçiləri Kiyevi Moskva ilə sülh danışıqlarına məcbur etməyə başlayacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB