Rusiya aktivlərini ən çox Belçika dondurub

Rusiya aktivlərini ən çox Belçika dondurub

Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub. Qeyd edilməlidir ki, bu, bütün Avropa dövlətləri arasında ən böyük məbləğdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri maliyyə naziri Vincent Van verib.

Onu da bildirək ki, 2022-ci ilin avqustunda bu məbləğ 50,5 milyard avro olub.

191 milyard avro dəyərində maliyyə əməliyyatları da bloklanıb.

Hesabatda qeyd edilir ki, tədbirlər sanksiyalara məruz qalan 1789 Rusiya şirkəti və ya vətəndaşına şamil edilir.

Maliyyə Nazirliyinin məlumatına görə, Belçika gömrüyü Rusiya və Belarusa qarşı yoxlamaları gücləndirib. 90 mindən çox bəyannamə və səkkiz minə yaxın konteyner yoxlanılıb.

Yeri gəlmişkən, digər Avropa İttifaqı ölkələri Rusiyanın aktivlərini daha kiçik məbləğlərə bloklayıb. Belə ki, fevralın 18-də Almaniya hakimiyyəti Ukraynadakı münaqişə ili ərzində Rusiyanın 5,32 milyard avroluq aktivlərini dondurduqlarını bildirib.

İsveçrə 2022-ci ilin dekabrında, 28 fevraldan bəri Rusiyanın 7,5 milyard avrodan bir qədər çox dəyərindəki aktivlərini blokladığını elan edib.

Onu da qeyd edək ki, Moskvada Qərbin bu cür hərəkətləri qanunsuz hesab edilir və oğurluqla müqayisə edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə