Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin rəhbəri Pavel Xerçinski bazar ertəsi Gürcüstanın ədliyyə naziri Rati Breqadzey həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı Avropa İttifaqının rəsmi demarşını çatdırıb.
Xerçinskinin dediyinə görə, Demarş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə aiddir. Biz onun səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatıq.
“Çox vacib olan odur ki, Avropa İttifaqına üzv olan 27 ölkənin hamısı bu demarşla razılaşsın”.
Bunu da Avropa İttifaqının Gürcüstandakı rəsmi nümayəndəsi bildirib.
Xerçinskinin sözlərinə görə, onlar Gürcüstanın ədliyyə naziri ilə çox açıq və səmimi söhbət ediblər: “Biz 27 üzv dövlətin razılaşdığı Avropa İttifaqının mövqeyini təqdim etdik. Ədliyyə naziri bizə Gürcüstan hökumətinin təqsirləndirilən şəxs və məhbus kimi sabiq prezident Mixail Saakaşvilinin hüquqlarını qorumaq üçün gördüyü işlər barədə məlumat verdi”.
SİA-nın əldə etdiyi məlumata görə, 2022-ci il mayın 12-də Saakaşvili hazırda qaldığı Tbilisidəki Vivamed mülki klinikasına yerləşdirilib.
Gürcüstanda Saakaşvilinin bir neçə cinayət işində əli olması ilə bağlı ittiham işi qaldırılıb.
Amma Saakaşvili həbsini qanunsuz hesab edir və ona qarşı irəli sürülən ittihamları saxta adlandırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB