Aleksandr Lukaşenko Belarus sərhədində yüksək səviyyədə nəzarət tələb edib. Belarus prezidenti fevralın 27-də keçirdiyi iclasda təhlükəsizlik bloku qarşısında belə bir vəzifə qoyub. Dövlət başçısının sözlərinə görə, opponentlər Belarusda vəziyyəti qızışdırmaq üçün istənilən fürsətdən istifadə edirlər. Üstəlik, Lukaşenko onların bunu davamlı edəcəklərinə də əmindir.
Buna görə də Lukaşenko xüsusilə sərhəddə təhlükəsizlik güclərindən ən sərt nizam-intizamı və vəzifələrini yerinə yetirməyi xahiş etməklə yanaşı, həm də tələb etdi.
“Mən sərhəd haqqında danışanda, bu o demək deyil ki, bu, Lappo bölməsidir. (qeyd edək ki, Anatoli Lappo bütün həyatını sərhədə həsr edib-A.B.) Bu polisdir, bu DTK-dır, bu hərbçidir - hamımız ölkəmizin sərhədlərində dövlətimizə qarşı ən kiçik aqressivliyi görməliyik ki, müvafiq cavab tədbirləri görək”, - deyə lider vurğulayıb.
Qeyd edək ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Aleksandr Lukaşenko Çin mətbuatına müsahibəsində Belarusun müharibə istəmədiyini və heç kimə hücum etmək fikrində olmadığını, lakin təcavüzə cavab verməyə hazır olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB