“Yaxın 100 ildə Rusiya ilə barışmaq mümkünsüzdür”

“Yaxın 100 ildə Rusiya ilə barışmaq mümkünsüzdür”

Rusiya indi Ukrayna ilə bağlı vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt görmür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə fevralın 27-də jurnalistlərə müsahibəsində Dmitri Peskov bildirib.

Kreml sözçüsü, xüsusi hərbi əməliyyatın davam etdiyini də diqqətə çatdırıb.

“Biz qarşıya qoyulan məqsədlərə çatmağa doğru gedirik”.

“RİA Novosti”-nin yazdığına görə, bunu da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.

Yeri gəlmişkən xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqal yaxın 100 ildə Rusiya ilə barışmağın mümkünsüzlüyünü açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə