Çin Rusiyadan kömür alışını üç dəfə artırıb

Çin Rusiyadan kömür alışını üç dəfə artırıb

Çin ilin ilk 40 günündə əsas “Zabaykalsk-Mançuriya” sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan kömür idxalını üç dəfə artırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın Xarbindəki Baş Konsulluğu yayıb.

Bu dövrdə Çinə 6200 vaqondan çox kömür ixrac edilib ki, onun da ümumi həcmi 438 min tonu ötüb. Baş Konsulluqdan bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 214 faiz çoxdur.

Qeyd edək ki, yanvar ayında Çin səlahiyyətliləri Avstraliyadan kömür idxalına qoyulan qadağanı ləğv edib. Bundan əvvəl Çin Rusiya, İndoneziya və ABŞ-dan alışı artıraraq, bu ölkədən kömür almamışdı. Eyni zamanda, ekspertlər qadağanın ləğvi ilə bağlı şayiələr fonunda Avstraliyanın Rusiyanı bu bazardan sıxışdırıb çıxara bildiyini bildiriblər.

Rusiya kömürünün ixracı logistik çətinliklərlə daha da çətinləşir. Təchizatla bağlı problemlərə görə Cənubi Koreya və Yaponiya Rusiya şirkətləri ilə müqavilələrdən imtina etməyə başladılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə