"Moskva Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyi planlaşdırır"
Moskva Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu keçmiş gürcü prezident Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
Amma maraqlıdır ki, o, hazırkı prezident Salome Zurabişvilinin bəyanatlarını dəstəklədiyini də bəyan edib.
...Mən prezident Zurabişvilinin son günlər bəyanatlarını və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə təcili məsləhətləşmələr aparmalıdır. Rusların Ukraynadakı uğursuzluğu göz qabağındadır. Moldovada məğlubiyyətlə paralel olaraq, Moskva yaxın gələcəkdə Tbilisidə hakimiyyəti açıq şəkildə ələ keçirməyə hazırlaşır, bunun üçün qorxmuş marionetləri hər şeylə razılaşmağa məcbur edəcək”-deyən eks-prezident hesab edir ki, Zurabişvili “vəzifəsindən istifadə edib bütün dünyaya başa salmalıdır ki, Gürcüstanın tam təcrid olunması şəraitində onun tam fəthinə və işğalına hazırlaşır”.
“İndi şikayətləri xatırlamaq vaxtı deyil, biz bu böyük müharibədə vuruşmaq üçün hər fürsətdən istifadə etməliyik. Prezident deyir ki, azadlıq olmadan əsl əmin-amanlıq yoxdur və bizi müharibənin əzabına qul etməyə çalışırlar. Ona görə də müqavimət göstərmək hər bir real gürcüsünün, keçmiş və ya indiki hər bir prezidentin borcudur. Biz bu döyüşdə heç kimi itirə bilmərik”.
Bunu da Saakaşvili yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB