Türkiyə hakimiyyəti seysmik aktiv qırılmalara yaxın ərazilərdə yeni evlərin tikintisinə icazə verməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən məlumat yayıb.
Əvvəllər salınmış ərazilərdə yeni tikintilərə gəlincə, Ərdoğanın sözlərinə görə, orada hündürmərtəbəli binaların tikintisi qadağan olunacaq.
O qeyd edib ki, mart ayında hakimiyyət 30 min mənzilin tikintisinə başlayacaq. Prezident onu da bildirib ki, yeni evlər üç-dörd mərtəbədən çox olmayacaq.
Onun sözlərinə görə, dağıdıcı zəlzələlərin baş verdiyi fevralın 6-dan indiyədək təkrar təkanların sayı 10 mini keçib.
Son məlumatlara görə, 44 mindən çox insan elementlərin qurbanı olub.
Yeri gəlmişkən xatırladaq ki, Türkiyədə zəlzələlərə səbəb olan bir neçə aktiv seysmik qırılma var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB