Əfqanıstanın Tehrandakı səfirliyi "Taliban"a təhvil verilib

Əfqanıstanın Tehrandakı səfirliyi "Taliban"a təhvil verilib

İran Əfqanıstanın Tehrandakı səfirliyini Taliban administrasiyasına təhvil verib. SİA TRT-nin xəbərinə istinadən "Taliban" hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Bəlxi sosial media hesabında məlumat yayıb.

Bəlxi Əfqanıstanın Tehran səfirliyinə yeni səfir və diplomatların təyin edildiyini, səfirliyin yeni diplomatlar ilə fəaliyyətinin davam etdiriləcəyini bildirib. Bəlxinin sözlərinə görə Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə səfirliyi təxliyə ediblər.

Qeyd edək ki, Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il "Taliban"a təhvil verilib. Dünyanın digər ölkələrindəki Əfqanıstan səfirliklərində isə ölkənin keçmiş hökuməti tərəfindən təyin edilmiş diplomatlar var. Öz ölkələrindəki səfirlikləri "Taliban"a təhvil verən ölkələr də daxil olmaqla indiyədək heç bir ölkə Taliban administrasiyasını, rəsmi olaraq tanımayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə