Polşa Rusiyadan 47 milyard dollarlıq təzminat tələb edəcək

Polşa Rusiyadan 47 milyard dollarlıq təzminat tələb edəcək

Varşava 2022-ci ildən bəri Ukrayna münaqişəsi nəticəsində Polşaya dəymiş ekoloji zərərə görə Rusiyadan 47 milyard dollar həcmində təzminat tələb edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu fevralın 26-da Polşanın iqlim naziri Anna Moskva 35-ci Karpat Avropa Konfransında deyib.

Polşalı nazir qeyd edib ki, 2022-ci ildə Ukrayna ərazisinə 33 milyon ton istixana qazı buraxılıb və qoruq ərazilərin 20%-i zədələnib.

Anna Moskva vurğulayıb ki, Karpatların təbiətinə dəyən ziyana görə Rusiyadan hesab istəyəcəklər.

“Polşa olaraq biz Karpatlar üçün təzminat tələb edəcəyik”, - deyə nazir bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə