Tacikistanda Suqd rayonuna gedən Düşənbə-Çanak magistralında qar uçqunu nəticəsində 3 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Innovative Road Solutions” (IRS) tollinq şirkətinin yola qulluq göstərən Tacikistandakı filialı məlumat verib. "Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şəhristan aşırımı) "Muso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayonunun xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB