Pakistanda bazarda partlayış törədilib - ölən və yaralananlar var
Pakistanın Bəlucistan vilayətində yerləşən bazarda partlayış törədilib. SİA yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Dövlət rəsmiləri park edilmiş motosikletə yerləşdirilən bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığını bildiriblər.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB