Səudiyyə Ərəbistanı Kiyevə 410 milyon dollar vermək niyyətindədir. Maliyyə yardımı planlarını Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra xarici işlər naziri Faysal bin Fərhan Al Səud açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Al Ekhbariya” telekanalı yayıb.
Diplomat qeyd edib ki, ayrılan vəsait humanitar ehtiyaclara sərf olunacaq.
Səudiyyə Ərəbistanından olan nazir əlavə edib ki, Ər-Riyad Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin mümkün yollarını axtarır.
“Krallıq Rusiya-Ukrayna böhranının sülh yolu ilə həllini istəyir. Biz bütün tərəflərlə böhranın həlli yollarını axtarmağa davam edirik”,-deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Feysəl bin Fərhanla görüşdüyünü təsdiqləyib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri 1993-cü ildən bəri ilk dəfə Maydanı ziyarət edib.
Xatırladaq ki, ölkələr arasında diplomatik əlaqələr 30 il əvvəl qurulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB