Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində Qərbi Rusiyanı məhv etməyə çalışmaqda ittiham edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, müsahibəsində bu gün Qərbin bir məqsədi olduğunu bəyan edib: keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq.
Putinin dediyinə görə, bundan sonra, istəsələr, bizi sivil xalqlar ailəsinə də qəbul edəcəklər, ancaq ayrı-ayrılıqda, hər birimizi hissə-hissə...
Putinin fikrincə, bu halda rus xalqı bu gün mövcud olduğu formada mövcudluğunu dayandıracaq. Yəni moskvalılar, urallılar və sair olacaq.
Rusiya rəhbəri, əmindir, bu barədə planlar artıq kağız üzərində qurulub: “Hər şey yazılıb, hər şey bir vərəqdə yazılıb”.
Qeyd edək ki, Putin NATO ölkələrini Ukraynaya silah tədarükü ilə bağlı bu müharibədə iştirak etməkdə ittiham edib.
Ümumiyyətlə Putin Qərb dövlətlərini təkcə Rusiyanı özünə tabe etməkdə deyil, həm də onu məhv etmək niyyətində olmaqda ittiham edir.
Maraqlıdır ki, rus rəhbəri əsas da gətirir. Özü də ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytdan. Qeyd edək ki, Olbrayt, o vaxt ABŞ-da səlahiyyət sahibi olanda guya “Sibirin sərvətinin yalnız bir ölkəyə məxsus olması ədalətsizlikdir”-deyə bildirmişdi.
Əslində isə bununla bağlı, yəni bu fikrin Olbrayt tərəfindən səsləndirilməsi ilə bağlı ortada heç bir əsaslı fakt yoxdur.
Yeri gəlmişkən, təkcə Rusiyanın dağılması haqqında deyil, həm də rus xalqının “moskvalılara” və “urallılara” çevrilməsi haqqında dedikləri Putin tərəfindən ilk dəfədir ki, açıq elan edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB