Tarixin qara ləkəsi - Xocalı soyqırımı

MSB-nin sosial media hesabında yazılır...
Tarixin qara ləkəsi - Xocalı soyqırımı

Türkiyə Milli Müdafiə Nazirliyi 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən həyata keçirilən Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad edib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında yazılır: "Tarixin qara ləkəsi - Xocalı soyqırımı. 31 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan-türk bacı-qardaşlarımızın dərdinə şərikik".

Bütün xəbərlər Facebook səhifəmizdə