Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns ötən ilin noyabrında İstanbulda keçirilən görüş zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təbsiz davranışından danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin fevralın 26-da “CBS” telekanalına verdiyi müsahibədə bu görüşün onun üçün “olduqca depressiv” olduğunu bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ kəşfiyyat rəhbərləri Ukrayna münaqişəsində nüvə silahından istifadə edilməməsi ilə bağlı İstanbulda görüşüblər.
Deməli, amerikalı rəsminin dediyinə görə, cənab Narışkində çox itaətkar bir münasibəti hiss edilirdi.
“Məncə, bu hiss Putinin öz fikrini, ukraynalıları incidə biləcəyinə, avropalı müttəfiqlərimizi yıxa biləcəyinə, sonda siyasi yorğunluğa inamını əks etdirir”-deyən Berns bütün bunların onda məyusedici təsir bağışladığını bildirib. Yeri gəlmişkən, amerikalı rəsmi Narışkinin bu davranışını həyasızlıq adlandırıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Moskvanın son ukraynalıya qədər döyüşməkdə maraqlı olmadığını bildirmişdi.
O xatırladıb ki, Ukraynada əksər hallarda Bandera və millətçilər deyil, adi normal insanlar yaşayırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB