Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, ABŞ və digər Qərb ölkələrindən Ukraynaya uzaqmənzilli silahlar gətirildiyi müddətdə Rusiya Qərbdən gələn təhlükəni öz sərhədlərindən uzaqlaşdırmağa məcbur olacağını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəhbəri jurnalist Pavel Zarubinin Rusiya prezidenti Vladimir Putinin Rusiya ərazilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sərəncamının icrası ilə bağlı sualını cavablandırıb.
“Bu, Qərbin Kiyevə verəcəyi silahlardan asılıdır”.
Qeyd edək ki, Şoyqu qısaca da olsa elə belə də deyib.
Maraqlıdır ki, Rusiya Müdafiə naziri məsələ ilə bağlı başqa təfərrüat açıqlamayıb.
Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinə qələbə üçün verəcəyi silahların siyahısını hazırlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB