“Xocalıda minlərlə günahsız insanın öldürülməsi unudulmamalıdır” - KANADALI MER
Xocalıda minlərlə günahsız insanın öldürülməsi, yaralanması əsla unudulmamalıdır. SİA xəbər verir ki, bu fikir Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərinin meri Amarjit Sohi (Amarjeet Sohi) qərarında yer alıb.
Qərara əsasən Edmonton şəhərində 26 fevral 2023-cü il tarixi "Xocalının Anım Günü" elan olunub.
Sənəddə qeyd olunur ki, Kanadada yaşayan 100 min azərbaycanlı 26 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edir. Minlərlə günahsız insanın öldürüldüyü, yaralandığı və əsir götürdüyü bu faciə əsla unudulmamalı, onların çəkdikləri əzablar inkar edilməməlidir. Şəhər meri proklamasiyada qeyd edib ki, əvəzində insan hüquqları qorunmalı, bu zülmü, ayrıseçkiliyi və nifrəti törədənlər cəzalandırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB