Kolumbiyada 8 tondan çox kokain ələ keçirilib

Kolumbiyada 8 tondan çox kokain ələ keçirilib

Kolumbiyada polis və hava qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində 8,3 ton kokain müsadirə olunub. SİA “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat ölkənin Şimali Santander departamentinin Catatumbo şəhərində keçirilib.

Hava Qüvvələrinin dəstəyi ilə ordu dərman laboratoriyasına basqın edib. Əməliyyat zamanı 8 tondan çox kokain müsadirə olunub və 16 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə