ABŞ-ın Nevada ştatında “Care Flight” şirkətinin təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin qərargahı təyyarələrdən birinin ərazidə qəzaya uğradığını təsdiqləyib.
“Mərkəzi Lyon Yanğınsöndürmə İdarəsi təyyarədə olan 5 nəfərdən heç birinin sağ qalmadığını təsdiqləyib”, - şirkətdən bildirilib.
Məlumata görə, təyyarədə pilot, tibb bacısı, feldşer, xəstə və onun ailə üzvü olub.
Hadisənin səbəbləri barədə məlumat verilmir. Davam edən araşdırmaya görə, “Care Flight” şirkəti bütün uçuşları müvəqqəti olaraq dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB