Gürcülər də Avropada sığınacaq axtarırlar

Avropa İttifaqı Gürcüstandan sığınacaq üçün müraciətlərin artmasından narahatdır
Gürcülər də Avropada sığınacaq axtarırlar

...2022-ci ildə Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq üçün müraciətlərin sayına görə səkkizinci yerdə olublar. Avropa rəsmilərinin bildirdiyinə görə, bu göstəriciyə görə Gürcüstan ən azı 2008-ci ildən bu yana Avropa İttifaqında sığınacaq axtaranların sayına görə Ukrayna və İraq kimi ölkələri qabaqlayaraq rekorda imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa İttifaqından sığınacaq istəyənlərin artması Brüsseldə narahatlıq yaradıb.

Avropa İttifaqının Sığınacaq Agentliyi Avropa İttifaqından sığınacaq istəyən əcnəbi vətəndaşların sayı ilə bağlı statistik məlumat dərc edib. Buradan belə nəticəyə gəlmək olar ki, Gürcüstan vətəndaşları keçən il Avropaya köçmək üçün bu yolla liderlər sırasında olublar.

Qeyd edək ki, Avropa İttifaqında sığınacaq üçün müraciətlərin sayına görə ilk beşliyi Suriya, Əfqanıstan, Türkiyə, Venesuela və Kolumbiya tutur.

Gürcüstan 2022-ci ildə sığınacaq üçün 28,8 min müraciətlə bu siyahıda səkkizinci yerdədir. Qeyd olunur ki, Gürcüstan vətəndaşları ötən il sığınacaq üçün Ukrayna və İraqdan olan mühacirlərdən daha çox müraciət ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə