“Vaqner” PMC özəl hərbi şirkətinin əsgərləri DXR-in Artemovsk (Ukrayna adı Baxmut) yaxınlığındakı Yaqodnoe kəndini nəzarətə götürüblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC yayıb.
“Fevralın 25-də saat 19:00-da “Vaqner” PMC-nin hücum bölmələri Baxmutun şimalındakı Yaqodnoye kəndini tamamilə ələ keçirdi”.
Qeyd edək ki, bunu Priqojin audiomüraciətində bildirib.
Onu da qeyd edək ki, Yaqodnoye şimal-qərbdən 1 km-dən az məsafədə Artemovsk ilə bitişikdir.
Yeri gəlmişkən, ötən gün Priqojinin Yaqodnoyedən təxminən iki kilometr aralıda yerləşən Berxovka kəndini aldığı barədə dediklərini, Rusiya Müdafiə Nazirliyi hələ ki, təsdiqləməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB