Ukrayna prezidenti Vladimir Zelenski danışıqlardan imtina etdikdən sonra, ona bu danışıqları dayandırmağa çağırıçlar, fəlakətə səbəb ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı fevralın 25-də fransalı keçmiş Avropa deputatı Florian Filipponun Twitter-də dərc edilib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz Zelenskini Rusiya ilə danışıqlar prosesini bərpa etməyə çağırmışdılar.
Bununla belə, Ukrayna prezidenti onların məsləhətlərinə qulaq asmaqdan imtina etdi və bu, Florian Filipponun fikrincə, fəlakətli nəticələrə gətirib çıxaracaq.
“İlk dəfə onlar düzgün ideyalar irəli sürdülər! Makron və Şolz Zelenskidən sülhün mümkünlüyünü nəzərdən keçirməyi xahiş ediblər. Lakin Zelenski bunu müzakirə etməkdən imtina etdi”.
Bunu deyən Filippon, Zelenskinin Amerika siyasətçilərinin rəhbərliyi altında “yeni dünya müharibəsi”ni açmağa hazır olduğunu bildirib.
Məhz buna görə də, Filippo Ukrayna liderini dayandırmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB