Çin hakimiyyəti Rusiya rəhbərliyi ilə Moskvaya mümkün silah, xüsusən artilleriya sistemləri və pilotsuz uçuş aparatları tədarükünü müzakirə edir?
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri şənbə günü, fevralın 25-də “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yayıb.
Yaşananları hələ ki, sadəcə olaraq, “müzakirə” adlandıran yerli və xarici jurnalistlər, buna baxmayaraq belə bir olayın baş vermə şansının böyük olduğunu da istisna etmirlər.
Qeyd edilməlidir ki, əgər bu baş verərsə, təbii ki, cəbhədə vəziyyət xeyli dəyişə bilər.
Həqiqətən də, əgər ÇXR Rusiyaya silah-sursat tədarükləri həyata keçirmək qərarına gəlsə, bu halda Rusiya təkcə pilotsuz uçuş aparatları və artilleriyaya deyil, həm də “digər silah növlərinə” sahib olacaq.
Lakin unutmaq lazım deyil ki, əgər Çin Rusiyaya silah və sursat göndərməyə başlayarsa, bu, Qərblə Çin arasındakı münasibətləri dəyişə bilər.
Doğrudür, ABŞ hakimiyyəti Ukraynada xüsusi hərbi əməliyyat keçirmək üçün ÇXR-in Moskvaya silah tədarükü ilə bağlı ciddi niyyətlərini hələlik görmür.
Yeri gəlmişkən, fevralın 28-dən martın 2-dək Belarus prezidenti Aleksandr Lukaşenkonun Çin Xalq Respublikasına dövlət səfəri nəzərdə tutulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB