Rusiya iddia edir ki, bu “müharibə” yox, “xüsusi hərbi əməliyyat”dır?

G20-nin maliyyə nazirlikləri müharibənin yekdilliklə pislənməsinə dair bənddə razılığa gəlməyiblər.
Rusiya iddia edir ki, bu “müharibə” yox, “xüsusi hərbi əməliyyat”dır?

G20 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri Banqalor görüşündən sonra kommünikenin mətni üzərində razılığa gəliblər, lakin sənədin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı bəzi bəndləri yekdil dəstək tapmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət Çin və Rusiyanın bəyənmədiyi iki məqamdan gedir.

Belə ki, onlardan biri, xüsusilə, müharibənin kəskin şəkildə pislənməsindən danışır və onun böyük insan iztirablarına səbəb olduğunu, iqtisadi artımı əngəllədiyini, eləcə də maliyyə sabitliyi üçün riskləri artırdığını vurğulayır.

Bundan əlavə, bu bənddə vəziyyətin qiymətləndirilməsi və sanksiyalarla bağlı başqa fikirlərin də olduğu qeyd edilir.

İstinad edilən paraqraf, keçən ilin noyabrında İndoneziya sammitində G20 sammitinin bəyanatına bənzəyir. Daha sonra sənəddə Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatları pislənərək, müharibə ilə bağlı başqa nöqteyi-nəzərlərin də olduğu mesajı əlavə edilib.

Bütün ölkələr tərəfindən qəbul olunmayan digər bir məqam isə sülh və sabitliyə təminat verən beynəlxalq hüququn qorunmasının zəruriliyindən bəhs edir.

Yeri gəlmişkən daha əvvəl Rusiya digər məsələlərlə yanaşı, sənəddə “müharibə” sözünün qeyd edilməməsində israrlı idi.

Qeyd edək ki, Rusiya hakimiyyəti Ukrayna ərazisində gedən döyüşləri “müharibə” yox, “xüsusi hərbi əməliyyat” adlandırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə