Polşa Rusiyadan neft nəqlini dayandırdı

Polşa Rusiyadan neft nəqlini dayandırdı

Rusiyadan gələn neft Polşaya axını dayandırdı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri fevralın 25-də Polşanın “Orlen” neft emalı zavodunun rəhbəri Daniel Obaytek “Twitter”də yayıb.

Beləliklə, Polşanın “Orlen” neft emalı zavodu Rusiya neftinin “Drujba” kəməri ilə ölkəyə tədarükünün dayandırıldığını elan edib.

“Rusiya Polşaya neft tədarükünü dayandırıb və biz buna artıq tam hazırıq. Belə ki, xammalın cəmi 10 faizi Rusiyadan gəlirdi və biz onu başqa istiqamətlərdən əvəz edəcəyik”, - deyə Daniel Obaytek yazıb.

Qeyd edək ki, “Orlen” rəhbərinin sözlərinə görə, vəziyyət elə də kritik deyil, çünki son bir neçə ildə Polşa fəal şəkildə yeni xam neft mənbələri axtarırdı.

Obaytek fevralın 28-də keçiriləcək xüsusi mətbuat konfransında neftin necə və haradan alındığı ilə bağlı təfərrüatları bölüşəcəyini də vəd edib.

Yeri gəlmişkən, yanvarda şirkət onu ayda 300 min ton neftlə təmin edən “Rosneft”lə müqaviləni yeniləməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə