Müharibənin birinci ildönümündə prezident Volodimir Zelenski Ukraynada ölkəni müdafiə edərkən həyatını itirən əsgərlərin xatirəsini yad edərkən ümidverici nitq söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər kəsin Rusiyanın əsl üzünü gördüyünü ifadə edən Zelenski, dünyanın Ukraynanın nəyə nail ola biləcəyini anladığını da bildirib. Müharibədə Ukraynaya dəstək verən bütün tərəfdaş və müttəfiqlərə təşəkkür edən Zelenski, “Kütləvi raket hücumlarına və elektrik enerjisinin kəsilməsinə baxmayaraq, biz qələbənin işığını görürük. Biz məğlub deyilik. Bu il isə qələbə qazanmaq üçün hər şeyi edəcəyik” sözlərini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB