Kamçatkada 6,1 maqnitudalı zəlzələ olub

Kamçatkada 6,1 maqnitudalı zəlzələ olub

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 170 kilometr kənarda, Kamçatkanın şimal-qərb sahillərində olub.

Yeraltı təkanın 65 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə