Kanada Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə əlavə olaraq 20 milyon dollar yardım göndərəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Beynəlxalq İnkişaf Naziri Harjit Sajcan, Türkiyə və Suriyada baş verən zəlzələdən sonra böyük hissəsi Qırmızı Xaç xeyriyyə təşkilatından gələn ianələrin köməyi ilə fəlakət bölgəsinə 10 milyon dollar veriləcəyini açıqladı. Kanadalı bir qrup millət vəkili ianələrin daha çox təşkilatla edilməsi lazım olduğunu söylədikdən sonra Kanada Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş insanlar üçün əlavə 20 milyon dollar göndərəcəyini də açıqlayıb. Beləliklə, Kanada bölgəyə ümumilikdə 30 milyon dollar yardım edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB