Kanada Ukraynaya “Leopard” tankları göndərir

Kanada Ukraynaya “Leopard” tankları göndərir

Kanada Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı verəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 ədəd “Leopard 2” tankı alacaq. Həmçinin, Kanada Ukraynaya bir zirehli xilasetmə maşını təhvil verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə