Rusiyaya qarşı 10-cu sanksiya paketi qəbul edildi

Rusiyaya qarşı 10-cu sanksiya paketi qəbul edildi

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı ticarət qadağalarını genişləndiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, paketə əsasən, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalara ixrac nəzarəti tətbiq olunacaq, pilotsuz uçuş aparatları (PUA) göndərənlərə əlavə məhdudiyyətlər qoyulacaq. Aİ-nin dönəm prezidenti İsveçin rəsmi sosial media hesabından edilən paylaşımda üzv ölkələrin müharibənin ildönümündə Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə