Zelenski 1 ildir bu birotaqlı evdə yaşayır

Zelenski 1 ildir bu birotaqlı evdə yaşayır

"Artıq bir ildir ki, burada yaşayıram, bu mənim evimdir". SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski evindən çəkiliş edən jurnalistə otağını göstərərkən deyib.

Görüntülərdən məlum olur ki, pəncərələr möhkəm pərdələrlə örtülüb. Otaqda yalnız çarpayı, vanna otağı, qarderob, əşyaları olan sandıq, divar boyunca böyük bir güzgü var.

Zelenskinin sözlərinə görə, o, komandası ilə sığınacaqlara getdiyi günlər istisna olmaqla, qalan günlər bütün boş vaxtını burada keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə