Diplomatlar zəlzələdən zərər çəkənlərə 123 500 lirəlik yardım edib
Türkiyənin paytaxtı Ankaradakı bir qrup xarici ölkə səfirliyi fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərəçəkənlərə humanitar dəstək məqsədilə 123 500 türk lirəsi toplayaraq Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) təqdim edib. SİA xəbər verir ki, bu barədə Şri-Lankanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şri-Lanka, Əlcəzair, Cibuti, Malta, Monteneqro və Yeni Zelandiyanın səfirlərinin iştirakı ilə toplanan ianə AFAD-ın Ankaradakı Baş Qərargahında bu qurumun sədri Yunus Sezerə təqdim edilib.
Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Humanitar dəstəyin təşkilinə rəhbərlik edən Şri-Lanka səfiri Hasanthi Urugodavatte Dissanayake Türkiyənin bu ağır fəlakətli günlərinə dəstəklərini ifadə etmək üçün belə bir təşəbbüsü irəli sürdüklərini bildirib və o, bu ianəni Türkiyənin onların ölkələrinə etdiyi dəstəyin qarşılığında kiçik və simvolik bir məbləğ adlandırıb.
Xanım səfir deyib ki, Şri-Lanka 2004-cü ildə sunami təbii fəlakəti zamanı yaşadığı ən çətin günlərində Türkiyədən dəstək alıb, eləcə də COVID-19 pandemiyasında və ən son keçən il ölkəsinin tibbi ləvazimatla təmin olunmasında Türkiyə onun ölkəsinə dəstəyini əsirgəməyib. Digər ölkə səfirliklərinin diplomatları da ən çətin vəziyyətlərində Türkiyənin kömək əli uzatdıqlarını bildiriblər.
AFAD rəhbəri diplomatlara bu səmimi jestlərinə görə təşəkkür edib və zəlzələnin nəticələri haqqında onları məlumatlanıdırb.
Görüşdən sonra səfirlər AFAD təcili yardım koordinasiya mərkəzində aidiyyəti dövlət qurumları nümayəndələrinin xidmətləri ilə maraqlanıblar.
Qeyd edək ki, Yeni Zellandiya və Montoneqro səfirlikləri Azərbaycana aid olan xidməti də Ankaradan idarə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB