Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,7 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.
Bir neçə saat öncə Sivasda eyni böyüklükdə zəlzələ olmuşdu. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində 44 218 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB