Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin hansı şərtlə qalib gələcəyini deyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Beləliklə saytın yazdığına görə, əgər Ukraynanın tərəfdaşları boş bəyanatlardan imtina edib bütün sözlərini və müddətlərini saxlasalar, Kiyev isə ev tapşırığını yerinə yetirirsə belə nəticə qaçılmazdır.
Qeyd edim ki, digər rus saytları Zelenckinin dediklərini “Ukrayna qalib gələcək, ancaq bu işdə ona kömək olunarsa” kimi təqdim ediblər.
Beləliklə, Kiyevə yardıma ehtiyacdan danışan Ukrayna prezidenti qeyd edib ki, heç bir ölkə təkbaşına Rusiyaya müqavimət göstərə bilməzdi. Bununla əlaqədar Zelenski ABŞ və Avropanı Ukraynaya daha çox silah və pul göndərməyə davam etməyə çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB