Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü günü ABŞ Moskvaya qarşı sanksiyalar siyahısını xeyli genişləndirdi. ABŞ Maliyyə Nazirliyi Rusiya və bir sıra digər ölkələrdən 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. ABŞ Ticarət Nazirliyinin siyahısına 76 yeni hüquqi şəxs əlavə edilib.
ABŞ Dövlət Departamenti Rusiyanın 47 regionunun rəhbərinə, 9 nazirə, o cümlədən Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İdman Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyinin rəhbərləri və müavininə və hətta Rusiya Federasiyasının Baş naziri Tatyana Qolikovaya qarşı da sanksiyalar tətbiq edib.
Bundan başqa, teleaparıcı Olqa Skabeeva və 1219 rusiyalı hərbçiyə qarşı məhdudiyyətlər qoyulub. Qeyd edək ki, Zaporojya AES-in Rusiya hüquqi şəxsi də sanksiyalara məruz qalıb.
ABŞ-ın Maliyyə Nazirliyi siyahıya 11 Rusiya bankını daxil edib: Moskva Kredit Bankı, Urasib Bank, MTS Bank, Sankt-Peterburq Bankı, Zenit Bank, Lanta Bank, Metallinvestbank, Primorye Bank, SDM-Bank, Ural Yenidənqurma və İnkişaf Bankı, Bank “Levoberejnı”. Maraqlıdır ki, Rusiyanın baş naziri Mixail Mişustinin keçmiş kürəkəni Aleksandr Udodov da sanksiyalara məruz qalıb.
ABŞ Ticarət Nazirliyində “Skolkovo” texnoparkı və əlaqəli şirkətlər, “Skolkovo” və “Skoltex” fondları da sanksiyalardan kənarda qalmayıblar.
Yeri gəlmişkən, martın 10-dan ABŞ Rusiyadan alüminium və alüminium məhsulları idxalına 200 faiz rüsum tətbiq edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB