Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adını alıb. Medalı Respublika Parlamentinin sədri Maqomed Daudov təqdim edib. O qeyd edib ki, Kadırov regionda bu adı alan ilk şəxs olub və əlavə edib ki, onun Çeçenistan Respublikası və Rusiya Federasiyası qarşısında xidmətləri “xüsusi araşdırmaya layiqdir”.
Necə deyərlər...”halal olsun?”
Çeçenistan Respublikası Qəhrəmanı medalı 2022-ci ilin oktyabrında Kadırovun özünün adından təsis edilib. Region lideri özünün Telegram kanalında yazıb ki, onlar Ukraynada döyüşən Çeçenistandan olan insanları mükafatlandırmağı planlaşdırırlar. Medal 750 əyarlı qızılın 70 qramından hazırlanmış səkkizguşəli ulduzdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu mükafatla bağlı qərarı Çeçenistan rəhbəri verir.
Deməli, Kadırov özünü çeçenlərdən birincisi elan edib. Bundan əlavə, bir daha xatırladım ki, fevralın ortalarında respublikanın konstitusiyasına müvafiq dəyişikliklər edən Çeçenistan rəhbəri “xalqın atası” titulunu da alıb.
Yeri gəlmişkən Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. O vaxtdan bəri o, dəfələrlə respublikada və xaricdə insan hüquqlarını pozmaqda, tənqidçilərinin oğurlanmasına, öldürülməsinə görə məsuliyyət daşımaqda ittiham olunur.
Çeçenistan rəhbərinə qarşı Avropa Birliyi, ABŞ və digər ölkələrin sanksiyaları tətbiq edilib. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Kadırov müharibənin əsas təbliğatçılarından birinə çevrildi. Region rəhbəri mütəmadi olaraq cəbhəyə muzdlular göndərilməsi barədə məlumat verir və prezident Vladimir Zelenskini hədələyir. Bundan əlavə, o, Rusiyanın nüvə silahından istifadəsinə “icazə verib”.
Xatırladaq ki, ümumilikdə, Ramzan Kadırovun üçdən çox rəsmi dövlət mükafatı, o cümlədən II dərəcəli “Hərbi şücaətə görə” medalı (2000), IV və III dərəcəli “Vətənə xidmətə görə” medalı (2006 və 2021) var.
Qeyd edək ki, 2006-cı ildə Rusiya Qəhrəmanı, 2020-ci ildə isə Putin Kadırova Milli Qvardiyanın general-mayoru rütbəsini verib.
Hələ bunlar nədir ki? Belə ki, bundan da əlavə, “Çeçenistan Respublikasının əməkdar bədən tərbiyəsi işçisi” və “Çeçenistan Respublikasının əməkdar inşaatçısı” fəxri adlarına malikdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB