Moldovanın təkidi ilə Rusiya Dnestryanıdan çıxacaq?

Moldovanın təkidi ilə Rusiya Dnestryanıdan çıxacaq?

Moldova Baş nazirinin müavini, Xarici İşlər Nazirliyinin rəhbəri Nikolay Popesku Rusiyanı Dnestryanıdan qoşunlarını çıxarmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Popesku özünün “Facebook” səhifəsində yazıb.

Təbii ki, ruslar bunu qulaqardına vuracaqlar və əsas kimi də “Facebook”un Rusiyada qadağan olunmasını göstərəcəklər(?)

“Biz Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bugünkü bəyanatını təxribatçı hesab edirik və Rusiya hərbçilərinin, habelə Kolbasne anbarlarından sursatların qeyd-şərtsiz və şəffaf şəkildə Moldova Respublikası ərazisindən çıxarılmasının zəruriliyini bir daha təsdiqləyirik”.

Popeskunun fikridir, O, həmçinin Rusiya Müdafiə Nazirliyinin Dnestryanıya qarşı təxribat hazırlanması ilə bağlı bəyanatını da təkzib edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna bölmələrinin texnikasının şəxsi heyətinin yığılması barədə məlumat vermişdi.

Həmçinin qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Dnestryanı üzərində pilotsuz təyyarələrin misli görünməmiş uçuşları artırıb.

Bununla əlaqədar nazirlik xəbərdarlıq edib ki, Rusiya Kiyevin mümkün təxribatlarına adekvat cavab verməyə hazırdır, çünki Rusiya hərbçilərinə qarşı hər hansı hərəkət ölkəyə hücum kimi qiymətləndiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə