"G20-də Rusiyaya qarşı sanksiyaların artırılmasını açıqlayacağıq"

"G20-də Rusiyaya qarşı sanksiyaların artırılmasını açıqlayacağıq"

ABŞ-ın maliyyə naziri Canet Yellen Hindistanda keçirilən G20 sammitində Rusiyaya qarşı sanksiyaları artıracaqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hindistanın Banqaluru şəhərində keçirilən G20 sammitində çıxış edən Yellen Rusiya-Ukrayna müharibəsinə işarə edərək, tətbiq edilən sanksiyaların işə yaradığını və bunun “bloklanması” üçün Rusiyaya daha çox sanksiyaların tətbiq edilməsinin lazım olduğunu bildirib.

Rusiyanın müharibədə zədələnmiş silahlarını yeniləmək üçün alternativ yollar axtardığına diqqət çəkən Yellen Moskvaya qarşı sanksiyaları artıracaqlarını və pozuntular məsələsini də həll edəcəklərini qeyd edib.

Rusiyaya qarşı sanksiyaların əhəmiyyətindən danışan Yellen “Biz onları (Rusiyanı) müdafiə sahəsində kritik ləvazimatları ala biləcəkləri bir çox kanallardan məhrum etdik” deyib.

ABŞ-ın Ukraynaya göndərdiyi 46 milyard dollarlıq yardımdan əlavə olaraq 10 milyard dollar da əlavə edəcəyini deyən Yellen bu yardımlarda Beynəlxalq Valyuta Fondunun (BVF) rolunun kritik olduğunu bildirib.

Digər tərəfdən, qlobal iqtisadiyyatın bir neçə ay əvvələ nisbətən daha yaxşı vəziyyətdə olduğunu vurğulayan Yellen kritik həddi hələ keçilmədiyini qeyd edib.

Hindistanın maliyyə naziri Nirmala Sitharaman ilə görüşdən sonra mətbuata açıqlama verən Yellen borcun yenidən nizamlanması üçün töhfə verdiklərinə görə təşəkkür edib.

Yellen Çini G20 üzvləri ilə işləməyə çağıraraq, bir çox ölkənin "Covid-19" epidemiyasının iqtisadi yükündən sonra "dəhşətli" borc böhranı ilə üzləşdiyini də bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə