“Times”ın diplomatik müxbiri Ketrin Filp Rusiya və Ukrayna arasında münaqişənin sona çatması üçün altı mümkün ssenari müəyyən edib.
O, məqaləsində Rusiya hərbi əməliyyatının sonunun hələ də gözdən kənarda olduğuna diqqət çəkib və buna görə də münaqişənin sonunun necə ola biləcəyi ilə maraqlanıb. Beləliklə, ilk mümkün variant sülh sazişidir.
SİA-nın əldə etdiyi məlumata görə, Filp qeyd edir ki, Rusiya Federasiyası hazırda Kiyevi əlverişsiz sülhə məcbur etmək istəyir, halbuki Kiyevi danışıqlar masasına oturtmaq ən çətin iş olacaq.
Əvvəla qeyd edəm ki, Rusiya tərəfinin mövqeyidir, yəni bunu rus saytları izhar edir.
İkinci ssenari “yıxılma müharibəsi” olaraq təyin olunur.
Hadisələrin inkişafı üçün üçüncü variant münaqişəni dondura biləcək atəşkəs rejimini nəzərdə tutur, dördüncü məqam isə “Rusiyanın geri çəkilməsi və Ukraynanın qələbəsidir”.
Beşinci ssenari “Ukraynanın dağılması və Rusiyanın qələbəsi”, altıncı ssenari isə “nüvə müharibəsi və ya NATO-nun müdaxiləsi” adlanır.
Müxbir hesab edir ki, Rusiyanın nüvə silahından istifadə etməsi “qırmızı xətt”i keçmək və təbii ki, bu halda NATO-nun müdaxiləsinə səbəb olacaq.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin, ABŞ nüvə sınaqları keçirəcəyi təqdirdə, Rusiyanın da sınaqlar keçirəcəyini demişdi. Amma Putin bu sınaqları birinci olaraq keçirməyəcəyini demişdi.
Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da qeyd edib ki, hazırda Birləşmiş Ştatlar Rusiya nüvə qüvvələrinin hərəkətlərini müşahidə etmir və bu, ötən illə müqayisədə vəziyyətin əsaslı dəyişdiyini göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB