Sisi və Zelenski qlobal ərzaq təhlükəsizliyini müzakirə edib

Sisi və Zelenski qlobal ərzaq təhlükəsizliyini müzakirə edib

Misir Prezidenti Abdulfettah əl-Sisisi və Ukrayna Prezidenti Vladimir Zelenskiy Ukraynada cərəyan edən proseslər və qlobal ərzaq təhlükəsizliyi məsələsini müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Misirin prezident administrasiyasından açıqlama verilib.

Bildirilib ki, Sisi Zelenskiy ilə telefon vasitəsi ilə görüşüb. Danışıq zamanı Ukraynada, sahədə və insan səviyyəsində olan humanitar məsələlər, qlobal ərzaq təhlükəsizliyinə dair cərəyan edən proseslər müzakirə edilib.

Sisi dialoq və diplomatik həllin vacibliyinə bir daha diqqət çəkib və Rusiya-Ukrayna böhranının siyasi həllini sürətləndirəcək bütün səylərə dəstək verdiyini vurğulayıb.

Başda Afrika olmaqla dünyada bir çox ölkə xalqının qida böhranından əziyyət çəkdiyinə toxunulan görüşdə “taxıl ixracat müqaviləsi”nin müddətinin uzadılması üçün atılan addımlar müzakirə edilib.

Qeyd edək ki, Misir illik buğda ehtiyacının 80 faizini idxal edir. Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, Misir keçən il 8,96 milyon tonu Rusiyadan olmaqla 13,3 milyon ton buğda idxal edib.

Bütün xəbərlər Facebook səhifəmizdə